Yeni Baş Nazirin adı açıqlandıqdan sonra Britaniya hökumətində istefalar davam edir.
Unikal.org xəbər verir ki, Beynəlxalq inkişaf üzrə nazir Rori Stevart, Ədliyyə naziri David Gauk, Maliyyə naziri Philip Hammond istefa verib.
Qeyd edək ki, Britaniya hökumətində istefalar hələ Baş Nazirin adı açıqlanmamışdan öncə başlayıb. Boris Consonun seçilmək şansının böyük olduğunu görən, onun kabinetində yer almaq istəməyən Avropa və Amerika işləri üzrə nazir Alan Dunkan, Təhsil naziri Anne Milton istefa vermişdi.
Qeyd edək ki, Boris Conson Britaniyanın kraliçası II Yelizaveta ilə görüşdən sonra yeni hökumət kabinetini yaradacaq.