Xəbər verdiyimiz kimi, ötən həftə Mesut Özil həyat yoldaşı Amine Gülşə və komanda yoldaşı Sead Kolaşinaçla birlikdə olarkən Londonda bıçaqla hücuma məruz qalıb.
“Arsenal”-ın futbolçusu Məsut Özil eyni hadisənin təkrarlanmaması üçün yeni tədbirlər görüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, türk əsilli alman futbolçu Amine Gülşə ilə birlikdə Londonda yaşadığı evi qoruma altına alıb.
Belə ki, Məsut Özil hadisə zamanı avtomobilin içində qorxu dolu anlar yaşayan Amine Gülşəyə xüsusi mühafizəçi tutub. Futbolçunun evdə ola bilmədiyi vaxtlarda həyat yoldaşı tamamı ilə qoruma altında olacaq.