Türkiyə Liqasına iddialı bir heyətlə başlamaq istəyən “Qalatasaray” Falkao transferi üçün əlindən gələni edir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kolumbiyalı futbolçunun menecerindən də 2 önəmli tələb irəli sürüb.
Belə ki, Radamel Falkaonun meneceri “Qalatasaray”la 3 illik müqavilə bağlamaq istədiklərini bildirib. Bundan əlavə Kolumbiya klubu “Milliyonarios”dan təklif gələrsə müqaviləyə xitam veriləcək.
Bunun səbəbi Falkaonun futbolu öz ölkəsində sonlandırmaq istədiyidir. Lakin o ən azı 1 il daha Avropa klubunda oynamaq istəyir.