Rusiya millisinin keçmiş üzvü Azərbaycan əsilli  futbolçusu Aleksandr Səmədov karyerasını başa vurub.

Unikal.org xəbər verir ki, 35 yaşlı o bu barədə “Instagram” hesabından məlumat verib. 

Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü buildirib. 

Qeyd edək ki, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Səmədov  Azərbaycan millisinə gəlməkdən imtina edib.

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının səfiri olan Səmədov 2011 – 2018-ci illər aralığında Rusiya millisinin heyətində 53 oyuna 7 qol vurub. O, bir müddət əvvəl karyerasını Azərbaycanda davam etdirmək ehtimalının olduğunu açıqlamışdı.