"Çox vacib oyuna hazırlaşırıq. Cavab matçı həmişə bizi daha diqqətli olmağa məcbur edir. Ələlxüsus da belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidir. Nə qədər çətin olsa da, mənə elə gəlir ki, sabah bizi maraqlı oyun gözləyir. Çalışacağıq, maraqlı futbol oynayaq və uğurlu nəticə qazanaq"
Unikal.org xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində "Dundalk"la sabahkı cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Baş məşqçi müdafiəçi Bədavi Hüseynovun durumunun yaxşı olmadığını bildirib: "O, hətta fərdi məşqlərə belə başlamayıb. Məşqlərə başladı, ancaq hiss etdi ki, vəziyyət yaxşı deyil və məşqləri dayandırdı. Dünən MRT olundu və qərar verdik ki, hələ müaəlicə davam etməlidir. Digər zədəlilər 100 faiz hazır olmasalar da, onlarda durum yaxşılığa doğru gedir. Bütün rəqiblərə qarşı dəyişikliklər olur. Həmişə çalışmışıq ki, öz oyun üslubumuzu qoruyub saxlayaq və daha da yaxşılaşdıraq. Ancaq rəqibin qarşısını almaq da vacibdir. Hardasa səhvlər ola bilər, ancaq buna diqqət ayırmışıq. Rəqibin oyununu analiz etmişik. Çalışacağıq ki, rəqibin istədiklərinin qarşısını alaq. Ancaq öz oyunumuzdan da imtina etməyəcəyik".