"Qarabağ" klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Unikal.org xəbər verir ki, Azərbaycan çempionu İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti mərhələdə Kiprin APOEL komandası ilə üz-üzə gələcək.
"Qarabağ" Bakıda "Dandolk" səddini keçə bilməsə, Avropa Liqasında mübarizəni davam etdirəcək və "Slovan"la qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.