Neymarın keçmiş sevgilisi Soraya Vuçelic avtomobili ilə qəza törədib.

Unikakl.org xarici mətbuata istinadən xəbər verir ki, serbiyalı model “Lamborgini” markalı avtomobili ilə su hovuzuna düşüb. Hadisə haqda danışan Vuçeliç, dikdaban ayaqqabı ilə avtomobil idarə etməyin çətin olduğunu etiraf edib:

“Dikdaban ayaqqabıların sürüşkən olarsa, avtomobilin hovuza girər. Avtomobili boş verin, əsas odur ki, ayaqqabılarım yaxşıdır”.

Soraya Vuçelic PSJ-nin futbolçusu Neymarla 2017-ci ildə sevgili olub.