Ermənistanda Dilicandan Qoşavəng rayonuna ekskursiyaya yollanan uşaq bağçasının işçiləri dağlıq ərazidə qəzaya düşüblər.
Unikal.org shamshayn.com saytına istinadla xəbər verir ki, onların səyahət etdikləri PAZ markalı avtobus Tavuş vilayətinin Qoş kəndi yaxınlığında aşıb.
Xəbərdə qeyd olunur ki, Dilican-Çambarak magistralında hərəkət edən avtobus əvvəlcə beton hasara çırpılıb, sonra yarğana aşıb. Yaralıları Dilican xəstəxanasına çatdırıblar. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.