ABŞ-ın Texas ştatındakı "Walmart" ticarət mərkəzində 20 nəfəri öldürən şəxsin kimliyi açıqlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, silahlı insidenti törətməkdə şübhəli bilinən oğlan 21 yaşlı Patrik Krisiusdir. Dallas sakini olan cinayətkar artıq saxlanılıb. Federal təhlükəsizlik qüvvələri onun şəxsiyyətini təsdiqləyiblər.
Polis hadisədə şübhəli bilinən daha 3 nəfəri saxlayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Məlum olub ki, Patrik Krisius ticarət mərkəzinə daxil olaraq insanlara atəş açıb.