Rusiyanın Baş naziri Dmitri Medvedev Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.
Uniklal.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov Dmitri Medvedev ilə görüşüb.
Tərəflər arasında iqtisadi, siyasi və digər əlaqələr barədə müzakirə aparıldığı açıqlanıb. Amma nədənsə sabiq prezident Almazbek Atambayevin saxlanılması və ölkədə baş verən son hadisələr barədə müzakirə aparılması ilə bağlı hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, Sooronbai Jeenbekov Dmitri Medvedev ilə görüşdən sonra, İssık-Kul gölünü ziyarət ediblər. O bu gölə heyran qaldığını da deyib: "Mən burada olmuşam, amma hər dəfə buranın gözəlliyinə heyran qalıram."