Dənizlidə 24 yaşlı bir gənc qadın zorla aparıldığı bağ evində iki şəxs tərəfindən döyülüb, cinsi istismara məruz qalıb.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, hadisə Dənizlinin Buldan qəsəbəsində baş verib. İddialara görə, Onur G., (25) və Ercan G. (25) adlı əmioğlu olduqları deyilən şəxslər, keçən həftə tanışları olduğu deyilən N.K. (24) adlı qızla görüşüblər. Sonra N.K.-ni bağ evlərinə dəvət ediblər.
Qızı bağ evində soyunduran Onur G. və Ercan G.-nın onunla zorla cinsi əlaqədə olduqları iddia edilir. Şübhəlilərin qızı 4 saat boyunca zorladıqları bildirilir.
Heç kimə bir kəlmə də bu barədə deməyəcəyinə söz verdikdən sonra, qızı Onur G. və Ercan G., heç bir şey olmamış kimi sərbəst buraxaraq həyatlarına davam ediblər.
Hadisənin səhəri polisə gedən N.K., şikayət edib. Polislər əmioğlanlarını saxlayıb. İstintaq gedir.