Xristofor Kolumbun adı gələndə çoxumuzun fikrində kəşfləri ilə tarix yazan səyyah canlanır, deyilmi? Bəs onun əsl simasını görməyə hazırsınız?
Unikal.org xəbər verir ki, Amerikanın tarixində böyük rolu olan səyyahın səyahətinin əsas məqsədi varlanmaq olub. Tarixçilər Yerin kürə formasıda olduğunu və Yeni Dünyanın kəşfini çox vaxt onun adı ilə bağlayırlar. Ancaq aşağıdakı faktlar tam əksini sübuta yetirir.
Gizli məlumatlardan biri odur ki, Kolub Amerikanın yerli qadın və qızlarını qul kimi satır, 10 yaşlı qız uşaqlarını fahişəliyə sövq edirdi. Bu məşğuliyyətindən əlavə vaxt tapan kimi də ova gedərdi. Lakin, quş və heyvan ovu ona maraqlı gəlmədiyi üçün yerli əhalini güllələyib, itlərinə yem edərdi. Hətta tarixi mənbələrdə qadnların yeni doğulan körpələrini gözləri önündə köpəklərinə yedirdiyi məlumatı da əksini tapır.
Kolumbun Kuba ərazisində genosid törətdiyi də bildirilir. Sübut olunmuş faktlardan biri də odur ki, o, Yeni Dünyaya səyahətə çıxanda artıq Yerin kürə şəklində olması sübuta yetirilmişdi və dərsliklərdən bizə tanıdılan səyyah prototipi mifdir. (publika.az)