İspaniyanın Mollorka adası üzərində uçan vertolyotla kiçik şəxsi təyyarə toqquşub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər dünyasını dəyişib. Onlardan ikisinin uşaq olduqları bildirilir.
Qəza bir xəstəxana binasının üzərində baş verib. Təyyarənin quyruq hissəsi yola, digər hissəsi isə bir evin bağına düşüb.