İstanbulda anasını və böyük qardaşını silahla öldürən, atasını ağır yaralayan şəxs özünü öldürüb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 25 yaşlı Əmrə H. dəhşətli əməlindən sonra 4-cü mərtəbədən özünü ataraq intihar edib. Cinayətin səbəbi hələ bilinməsə də, onun psixoloji problemləri olduğu müəyyən olub.