Keniya tarixində ilk dəfə dünya bazarına xam neft çıxarıb. Ölkə bununla da neft ixracatçıları qrupuna daxil olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Keniya prezidenti Uhuru Kenyatta neftlə dolu ilk tankerin yola salınması ilə bağlı mərasimdə çıxış edib və bu hadisəni ölkə tarixində dönüş nöqtəsi adlandırıb. 

Qeyd edək ki, Keniya neftinin ilk partiyası beynəlxalq hərracda Çin kompaniyası tərəfindən 12 milyon dollara alınıb və emal olunması üçün Malayziyaya yola salınıb.