Kanada Türkiyəyə silah tədarükünün dayandırılması barədə qərar qəbul edib.
Unikal.org "TASS”a istinadən xəbər verir ki, bu barədə “AFP” agentliyi Kanadanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qərar rəsmi Ankaranın Suriyada apardığı hərbi əməliyyatın fonunda qəbul olunub. Kanada XİN “Barış pınarı” antiterror əməliyyatını bölgədəki “sabitliyi pozan” hərəkət adlandırıb.
“Bununla əlaqədar Ottava, Türkiyəyə silah ixracına yeni lisenziyaların verilməsini müvəqqəti olaraq dayandırıb” agentlik bildirib.