İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Unikal.org-un məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

Onun sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.