Türkiyə Xarici İşlər Nazirliyi, PKK-nın şiddət ehtiva edən hərəkətlərinin Avropa ölkələrində davam etdiyini bildirib.
Unikal.org xəbər verir ki, nazirlik tərəfindən bu ölkələrdən Türk nümayəndəliklərinin, vətəndaşlarının və maraqlarının qorunması üçün tədbirlərin artırılması gərəkdiyi vurğulanıb.
Türkiyə Xarici işlər Nazirliyindən bu barədə yazılı bəyanat verilib. Bəyanatda bildirilir:
"Türk cəmiyyətinin iş yerləri və evlərinə, məscidlərimizə, nümayəndəliklərimizə və oranın işçilərinə edilən terrorist hücumlarına laqeyd qalmağın izahı ola bilməz. Əlaqədar ölkələrdən, xaricdəki diplomatik və konsulluq nümayəndələrimizin, vətəndaşlarımızın, can və mal təhlükəsizliyinin qorunması, Türk maraqlarına xələl gəlməməsi üçün alınan tədbirlərin artırılması və bu mövzuda maksimum həssaslığın göstərilməsi istiqamətindəki gözləntimizi xatırladırıq.
Təcavüzkarların təsbit edilərək ədalət qarşısına çıxarılması və cəzalandırılmalarının təqibçisi olacağımızı bilməlidirlər".