Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-li deputatların toplantısından sonra bir qrup jurnalistlərlə söhbət edib.
Unikal.org xəbər verir ki, söhbət əsnasında “SKY News” müxbiri Rəcəb Tayyib Ərdoğana sual ünvanlayıb.
Jurnalistin “ABŞ-ın nümayəndə heyəti Türkiyəyə gəlir. Bundan narahatsınız?" sualına Ərdoğan təmkinlə belə cavab verib? Niyə narahat olmalıyam?
“SKY News” müxbiri bundan sonra Ərdoğana ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeo Türkiyəyə gəldikdən sonra onlarla nələr barədə danışacağını sualını ünvanlayıb.
Ərdoğan isə deyib: Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlar öz həmkarları ilə (mövqedaşları ) görüşəcəklər. Mən yalnız Tramp gələndə onunla görüşəcəm”.