"Ötən gün Atatürk adına Beynəlxalq Hava Limanında törədilmiş terror aktları nəticəsində yaralananlardan 41 nəfəri reanimasiyadadır".
Unikal.org Türkiyə Kİv-nə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib.
Onun sözlərinə görə, partlayışdan 250-yə yaxın insan ziyan çəkib: "Hazırda xəstəxanalarımızda 128 nəfər yaralı müalicə alır. Onlardan bir hissəsinin vəziyyəti yüngül, digər hissəsi ağırdır. Hadisədən psixoloji baxımdan sarsılanlar da var. Ümumilikdə 41 nəfər reanimasiyadadır. Onların arasında həyatı təhlükədə olanlar da var".
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən qanlı hadisə nəticəsində 41 nəfər həyatını itirib, 239 nəfər isə yaralanıb.