İyunun 28-də Atatürk hava limanında 41 nəfərin ölümü, 239 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən canlı bombaların görüntüləri ortaya çıxıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüntülərdə qışlıq pencək geyinən və belini tutan terrorçunun cəsədinin morqa aparılan 3 terrorçudan birinə məxsus olduğu bildirilir.
Digər canlı bomba isə ətrafa atəş açarkən kameralara yaxalanıb.