Rəsmi Moskva dünən Rəcəb Tayyib Ərdoğanla Donald Trampın köməkçisi Mayk Pens arasında baş tutan görüşdən sonra imzalanan 13 maddəlik razılaşma haqqında Ankaradan məlumat gözləyir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dimitri Peskov açıqlama verib.
Belə ki, Türkiyə ilə ABŞ-ın əməliyyatlara 120 saat ara verilməsi razılaşmasıyla bağlı fikir bildirən Kremlin sözçüsü Dimitri Peskov "Türkiyədən məlumat almağı gözləyirik" deyə bildirib.
Prezident Ərdoğan bölgədəki son inkişafları qiymətləndirmək üçün Rusiya lideri Putin ilə 22 oktyabrda bir araya gələcək.
Qeyd edək ki, Moskva "Barış Pınarı" hərəkatının başlamasının ardından Suriya rejimi və YPG / PKK arasında vasitəçiliyə cəhd edib. Daha sonra rejim qüvvələri Rus əsgərlərinin nəzarətində Suriyanın şimal-şərqinə doğru irəliləməyə başlamışdı.