Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
əməkdaşları hadisə yerindədir.
Unikal.org xəbər verir ki, hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.
ETSN-nin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək. Hazırda araşdırmalar davam etdirilir.