PSJ-də forma geyinən Mauro İkardinin agenti və həyat yoldaşı olan Vanda Naranın atası Andres Nara maraqlı açıqlama verib.

Unial.org xarici mətbuata istinadən xəbər verir ki, Andres, qızı və kürəkəni ilə artıq danışmadığını deyib:

“Pul bu uşaqların başını qarışdırıb. Bir insana pulu var deyə, yaxın durmaq mənlik deyil. Belə düşüncəni heç sevmirəm. İkardi və qızımla da danışmıram. Artıq 6 ildir Vandanı danışdırmıram. Nəvələrim Franseska və İzabella ilə tanış olmamışam heç, İkardiylə də görüşmürəm. Bu insanlar pul və şöhrətə görə başlarını itiriblər. İkardi və qızım onlara yaxınlaşan hər kəsdən qorxur.

Maksi Lopeslə danışıram. O mənim üç nəvəmin atasıdır. O dəfə nəvələrimlə birgə video çəkib, göndərmişdi. Uşaqlar məni çox sevindirici şəkildə salamladılar. Əsl atanın edəcəyi şey budur”.

Qeyd edək  ki,  qadın menecer ilk həyat yoldaşı Maksi Lopesə Argentina millisi və "Sampdoriya" klubundakı komanda yoldaşı Mauro İkardi ilə xəyanət etmişdi. Bu hadisədən sonra Lopesdən boşanaraq İkardi ilə evlənmişdi.

 Maksi Lopes keçmiş həyat yoldaşı Vanda Naranın xəyanəti ilə bağlı danışarkən "İkardini sadəcə bağışladım. Ona V..-nı məndən aldığı üçün təşəkkür edirəm" deyə bildirmişdi