Trabzonda xəstəxanaların birində qəribə hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, xəstəxananın 5-ci mərtəbəsində internet xətti çəkən adam bir anda tavandan aşağı düşüb. Buna səbəb onun panellərin üzərinə basması olub. 

Həmin anda xəstəxanada növbətçi olaraq qalan həkim gördüyü mənzərə qarşısında şoka düşdüyünü bildirib.