Bakıda 80 yaşlı qadının evinə basqın olub.
Unikal.org xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzildə yaşayan L.Hüseynovanın evinə naməlum şəxs basqın edib.
Qadını aldadaraq evə daxil olan şəxs onun başına xəsarət yetirib. L.Hüseynova aldığı xəsarətdən huşunu itirib.
Daha sonra cinayətkar evdən qadının içərisində 800 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.