Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf İslamabadda məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.

Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, sabiq prezident və general vətənə xəyanətdə ittiham olunub. Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib. 

"Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib" - Vakar Əhməd Seth məhkəmə iclasında deyib. 

Qərar 2007-ci ildə P.Müşərrəfin fövqəladə vəziyyət elan etməklə Konstitusiyanın fəaliyyətini dayandırması ilə əlaqədar verilib.

Qeyd edək ki, general P.Müşərrəf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və 2001-2008-ci illərdə prezident vəzifəsində işləyib.

Hazırda P.Müşərrəf Dubayda müalicə olunur.