Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ilə Tatlı Sert" verilişində 3 ildir itkin düşən Məhmət Məhərrəm Elbayın axtarışları davam etdirilib.
Unikal.org xəbər verir ki, verilişə qızını axtarmaq üçün gələn Zeynep Ergülün ətrafındakılara "Evə su daşımaq üçün həyətdə su quyusu qazdıq. Ancak oradan su çıxmadı. Mən, həyat yoldaşım və Cahit Mehmetin ölüsünü quyuya atdıq. Üzərinə də asit turşusu tökdük, axtarsalar da tapmazlar" dediyi iddia edilib. Bununla da o özünü ifşa edib.
Ancaq Z.Ergül daha sonra Elbayın quyuya atıldı iddiasını isə yalanlayıb, "Mən elə bir şey bilmirəm" deyib.
Bundan sonra Elbayın itkin düşmə hadisəsində ən çox Zeynep və Cahit Ergüldən şübhələnməyə başlayıblar. Canlı yayıma gələn polislər tərəfindən bölməyə aparılan Z.Ergülün ifadəsi alınıb.
Məhmət Məhərrəm Elbayı öldürməkdə şübhəli bilinərək saxlanılan Zeynep Ergül və Cahit Ergül cinayəti etiraf ediblər. Cinayətdə şübhəli bilinən bacı-qardaş məhkəmə qarşısına çıxarılıb və daha sonra həbsxanaya göndərilib.