Türkiyə parlamenti Liviya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında memorandumu təsdiqləyib.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, noyabrın 27-si İstanbulda imzalanan sənəd iki ölkənin suverenliyinə hörmət prinsipləri əsasında müdafiə əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır.
Türkiyə və Liviya hakimiyyətləri beynəlxalq hüquq normalarına əsaslanan və iki ölkənin xalqlarını bağlayan tarixi əlaqələri nəzərə alaraq dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını vurğulayırlar.
Memorandum təhlükəsizlik, hərbi hazırlıq, müdafiə sənayesi, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizə, habelə logistika və kartoqrafiya sahələrində əməkdaşlığı nəzərdə tutur.