56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Zeyqəm Hüseynov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə izdihamlı görüşlərini davam etdirir.

Unikal.org xəbər verir ki, Z. Hüseynov növbəti görüşləri Gödəkli, Palçıqoba, Alekseyevka, Ləcət və Susayqışlaq kəndlərində keçirib. Görüşlərdə ağsaqqalar, ziyalılar və gənclər iştirak ediblər. Açıq havada seçiciləri ilə keçirilən görüşlərdə Zeyqəm Hüseynov seçki platforması və onları maraqlandıran sualları cavablandırıb.

Çıxış edənlər Z. Hüseynovun xaçmazlılara doğma insan olduğunu bildirib və onun müsbət xüsusiyyətlərindən söz açıblar. Bildirilib ki, Z. Hüseynov xalqını düşünən, insanların qayğısına qalan və əsl millətin vəkili olmağa layiq olan insandır.

Zeyqəm Hüseynov bütün seçicilərini qarşıdan gələn parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə xaçmazlı seçicilər fevralın 9-da onun namizədliyini dəstəkləyəcəyini vurğulayıblar