Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində ölkənin Baş naziri Nikol Paşinyan Yerevanda təşviqat kampaniyası aparır.

Unikal.org “News.am”a istinadən xəbər verir  ki, Paşinyan metroda bukletləri payladığı vaxt çətin vəziyyətə düşüb. Belə ki, xanım sərnişin bukleti cıraraq Baş nazirin üstünə atıb. Paşinyan bukleti qəbul etməyən qadına bu sözlərlə reaksiya verib:

“Hər şey qaydasındadır. Biz sizin fikrinizə hörmət edirik. Demokratiya məhz bunun üçündür”.