Meksikanın qərbində yerləşən Tlakepake şəhərinin Las-Uetras rayonunda naməlum şəxslər regional prokurorlara atəş açıblar.

Unikal.org  “TASS”a istinadən xəbər verir ki, silahlı hücum nəticəsində iki nəfər ölüb.

Ölənlərin şəxsiyyəti barədə məlumat verilməyib.

Hadisə yerinə bələdiyyə və federal hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin bir helikopter cəlb edilib.