Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki hotellərin birindən 2000 manat dəyərində 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Qasımlı və Bakı şəhər sakini E.Nuruyev saxlanılıblar.

Araşdırma aparılır.