Bakıda 6 yaşlı uşaq müəmmalı şəkildə dünyasını dəyişib.
TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, uşaq kəskin qarın simptomu diaqnozu ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Lakin azyaşlı tibb müəssisəsində daxil olan kimi ölüb:
“Ölümün dəqiq səbəbi tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq”.