2019-cu ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 304 müraciət daxil olub.
Unikal.org-un xəbərinə görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.
Bildirilib ki, həmin müraciətlərin 2 min 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 152-i aidiyyatı üzrə göndərilib, 172 müraciətə isə baxılmaqdadır:
“Onlardan 140-ı təmin və ya qismən təmin edilib”.
İnzibati nəzarət icraatı qaydasında aparılan 24 inzibati araşdımada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 17-si üzrə cinayət işi başlanılıb, 1 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır.