Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.