Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Nazirlər Kabinetinin rəsmi icazəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.
RSXM-nin İnformasiya şöbəsindən Unikal.org-a verilən məlumata görə, Mərkəzin hazırda 40 telemetrik seysmik stansiyası fəaliyyət göstərir.
Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa “Zəlzələlərin tədqiqatı bürosu”na ötürülür. Burda 35 ərazi və 5 regional seysmik stansiyaların məlumatları emal edilir.
Hazırda stansiyalar və büro işini fasiləsiz olaraq “real vaxt” rejimində davam etdirir.