Kürdəmir rayonunun Qaramahmudlu kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a məlumat verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.