Bakıda itkin düşən gənc qız axtarışa verilib.
Unikal.org-un xəbərinə görə, hadisə aprelin 4-ü saat 15 radələrində paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü, ruhi əsəb xəstəsi olan Gülsəfa Həməzətova evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.