"Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb. Bu rəqəm çox böyükdür".
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 12 nəfər inzibati həbs cəzası alıb:
"1 cinayət işi üzrə 2 nəfər həbs edilib".
İ.Məmmədov əlavə edib ki, qanunsuz icazə alanlar çoxluq təşkil edir.