Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.