Gəncədə qadın zəhərlənərək dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin "DOST 6" adlanan yaşayış massivində həyat evlərinin birində qeydə alınıb. Belə ki, 1946-ci il təvəllüdlü Niftəliyeva Rahilə Məhəmməd qızı zəhərlənmə diaqnozu ilə xəstəxnaya yerləşdirilib. Dərhal xəstəyə lazimi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Onkoloji xəstəlikdən əziyyət çəkən qadının sirkə turşusu içdiyi bildirilib.