Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında virtual görüş keçirilib.
Unikal.org xəbər verir ki, videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və AYİB arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.
Videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru cənab Matteo Patrone, Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı xanım İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.