21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək ciddi karantin rejimi zamanı dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq ediləcək.
Unikal.org xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
L.Abdullayeva bildirib ki, məhdudiyyətlərə müxtəlif vaxtlarda işə başlamaq, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi aiddir.