Almaniyada koronavirus pandemiyasına yoluxma sayı yenidən artıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ikinci dalğa təhlükəsi səbəbindən Qutersloh şəhəri 30 iyun tarixinə qədər karantinə alınıb. 

Almaniyanın Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamada ölkədə yeni növ koronavirus xəstəliyinin geniş şəkildə yayıldığı bildirilir.