Belçikada yoxsullar üçün ayrılan sosial yardım hesabına özünə biznes quran restoran müdiri və həyat yoldaşı həbs edilib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “fərasətli” iş adamı Liege şəhərində məhkəmə qarşısına çıxarılıb.

54 yaşlı  Antonio və həyat yoldaşı dövlətdən320  000 avro sosial  yardım  alaraq telefon, geyim, kompüter və bahalı avtomobillərin satışına başladığı bildirilir.

Belçikalının satdığı 17 avtomobilin sırasında iki ədəd “Lamborghini” olduğu qeyd edilir.