Koronavirusun yeni növü (COVID-19) səbəbiylə İtaliyada ölənlərin sayı son 24 saatda 18 nəfər artaraq 34 min 675-ə çatıb.  

Unikal.org xəbər verir ki, İtaliyada 4 aydır davam edən COVID-19 pandemiyası ilə bağlı ən son məlumat Mülki Müdafiə agentliyindən edilən yazılı açıqlamada bildirilib. Açıqlamaya görə, ölkədə aktiv koronavirus xəstələrinin sayı 1064 azalaraq 19 min 573-ə düşüb. 

Bu günə qədər COVID-19 pandemiyasına yoluxanaların ümumi  sayı son 24 saat ərzində 122 nəfər artaraq 238 min 833-ə yüksəlib.  

Qeyd edək ki, əvvəlki  günlərə nisbətən reanimasiyada müalicə alanların sayı da 115-ə enib. Bu günə qədər ölkə daxilində 5 milyon 53 min 827 sınaq keçirilib.