Ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində Bakı şəhərinin rayon və “ASAN xidmət” mərkəzlərindəki, habelə Lənkəran rayon qeydiyyat şöbələrində mediasiya xidmətinin göstərilməsi işi davam etdirilib.
Unikal.org xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında 555 ərizə qəbul edilib, müraciət edənlərdən 910-u psixoloqla söhbətə cəlb olunub və nəticədə 166 nəfər (83 cütlük) nikahın pozulmasından imtina edib.