Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu barədə Unikal.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.