Rusiyalı onkoloq Yelena Smirnova suyun bağırsağa faydasından danışıb.

Unikal.org xəbər verir ki, onun sözlərinə əsasən, qan suyun vasitəsilə hüceyrələrə oksigen və qidalı maddələr çatdırır, eləcə də orqanizmdən toksinləri çıxarır.

O, “Instagram” hesabında qeyd edib ki, su rejiminin dəyişməsi qəbizliklə mübarizə aparmağa da  kömək edir. 

“Mənə tez-tez psixi sağlam insanlar da su içmək istəmədiklərini bildirirlər. Özlərini məcbur etməsələr, ümumiyyətlə içməyə də bilərlər”, - deyə həkim yazıb.

Smirnova bu cür yanaşmanı tənqid edib və vurğulayıb ki, orqanizm daim su itirir, ona görə də onu bərpa etmək lazımdı.